Ukrayna hakimiyyəti Azərbaycandan qazın Avropaya tranzit imkanlarını öyrənməyə başlayıb.
Bunu Slovakiyanın baş naziri Robert Fitso TA3 telekanalının efirində deyib.
Baş nazir qeyd edib ki, Ukrayna tərəfi Bratislavanın prezident Volodimir Zelenskiyə göstərdiyi təzyiq altında belə bir perspektivi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
O, Avropa üçün ən ağlabatan həlli Ukraynadan Rusiya yanacağının daşınmasının bərpası adlandırıb.