Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Qəzzadan 2500 uşağın təcili olaraq təxliyə edilməsinin vacibliyini vurğulayıb. Antonio Quterreş Qəzzada çalışan 4 amerikalı həkimlə keçirdiyi görüşdən sonra rəsmi "X" internet səhifəsində paylaşım edib.
BMT-nin baş katibi Qəzzada çalışan həkimlərlə görüşündən çox təsirləndiyini və onların fədakarlığının diqqətəlayiq olduğunu bildirib.
"2500 uşaq Qəzzadan təcili olaraq təxliyə edilməlidir və ailələrinə qaytarılmalıdır'',-deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi vurğulayıb.