AZ

Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan

Aylardır İran 2-3 gündən bir irimiqyaslı və intensiv hərbi təlimlər keçirir. Bunun iki məqsədi var: birincisi, İrana hücum etməyin lazım olmadığını xarici dünyaya göstərmək, ikincisi, öz cəmiyyətini arxayınlaşdırmaq.

Axar.az xəbər verir ki, bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.

O bildirib ki, İranın ciddi şəkildə müharibəyə hazırlaşması göz qabağındadır:

“İrana qarşı zərbənin olub-olmaması yalnız Netanyahunun (İsrail baş naziri – red.) özünü necə təqdim edəcəyindən asılıdır. Beləliklə, bizim həm eskalasiya, həm də deeskalasiya göstəricilərimiz var”.
Seçilən
1
2
sherg.az

3Mənbələr