AZ

İlyas İsmayılovun vəziyyəti açıqlanıb

İlyas İsmayılovun müalicəsi davam edir, vəziyyəti hələ də ağırdır.

Bu barədə APA-ya Mərkəzi Klinikadan xəbər verilib.

"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Ümumi vəziyyəti ağır-stabil olaraq qalır",- məlumatda bildirilib.
Qeyd edək ki, insult keçirən İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə olunduqdan sonra stasionar şöbəyə köçürülmüşdü.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
Seçilən
0
36
sherg.az

10Mənbələr