AZ

Fransa dekolonizasiya prosesini sarsıdır

XİN Parisin anti-Azərbaycan iddialarını pisləyir və rədd edir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə  Fransa Senatında  ölkəmizlə bağlı səsləndirilən iddialara dair  şərhində bu ölkənin xarici işlər nazirinin anti-Azərbaycan  mövqeyinin qətiyyətlə rədd edildiyini və pisləndiyini  bildirib. Açıqlamada deyilir:

“Təəssüf edirik ki, yanvarın 29-da Fransa Senatında müzakirələr zamanı Avropa və xarici işlər naziri Jan-Noel Baro növbəti dəfə Azərbaycanın ölkəsinin dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib. Fransanın baş diplomatının şərhinin  Parisin Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətə çatdırırıq”.

Mətbuat katibi daha sonra qeyd edir  ki, məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb. Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.

A.Hacızadə  şərhin davamında  göstərir  ki, yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir: 

Açıqlama bu sözlərlə bitir: “Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək. Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”.

XQ

 

Seçilən
1
50
xalqqazeti.az

10Mənbələr