Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Ankaragücü” klubunda heyətdən kənarlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Dadaşov baş məşqçi Kemal Özdeşin qərarı ilə heyətdən uzaqlaşdırılıb.
Renat klubun bazasında fərdi məşqlərini davam etdirəcək .
“Ankaragücü” forvardın performansından razı deyil və yeni hücumçu axtarışındadır. Renatın yaxın zamanda klubla vidalaşacağı gözlənilir.