2025-2027-ci illərdə 1000-dək elektrik mühərrikli avtobusun alınması nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Hesabat dövründə eləcə də xidmət göstərəcək qaraj (depo) və elektrik doldurma infrastrukturu inkişaf etdiriləcək.