AZ

ABŞ-ın yeni vitse-prezidenti: Pentaqonun silah tədarükü sistemi tamamilə dağılıb

Pentaqonun silah tədarükü sistemi tamamilə pozulub və yeni müdafiə şirkətlərinin və texnologiyalarının inkişafını çətinləşdirir.

Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın yeni vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Hesab edirəm ki, ölkəmizi daha təhlükəsiz etmək üçün müdafiəyə daha çox xərcləməliyik. Biz həmçinin müdafiəyə daha ağıllı xərcləməliyik. Bizim silah tədarükü prosesimiz tamamilə dağılıb”, – o söyləyib.

Vitse-prezident əlavə edib ki, Amerikanın  yeni müdafiə şirkətləri çətin vəziyyətə düşüb və texnoloji işləmələrlə məşğul olmaq onlar üçün daha çətin olub. Vensin fikrincə, bu problemi Ukrayna münaqişəsi də üzə çıxarıb.

“Müasir döyüş meydanının siması dəyişib və dəyişməyə davam edəcək, Amerika bu dəyişikliklərlə ayaqlaşmalıdır”, – o qeyd edib. (“Report”)

Seçilən
0
4
korrespondent.az

5Mənbələr