AZ

Bakıya nə vaxt qar yağacaq?

Ekoloq: "Bakıya qar yağmamasının əsas səbəbi iqlim dəyişmələridir".

İqlim dəyişiklikləri son illərdə bütün dünyada və Azərbaycanda hava şəraitini əhəmiyyətli dərəcədə dəyişdirib. Artıq əvvəlki illərlə müqayisədə, qış aylarında demək olar ki qar yağmır.

Bəs bunun səbəbi nədir?

Məsələ ilə bağlı ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Operativ Media-ya açıqlama verib.

O bildirib ki, son illərdə yalnız Bakıda deyil, ölkənin dağlıq ərazilərində də qarın miqdarı azalıb:

Fevral ayında Bakıya qar yağma ehtimalı var. Hətta mart ayında belə Bakıya qar yağa bilər. Lakin əvvəlki illərlə müqayisədə Bakıya qar yağmamasının əsas səbəbi iqlim dəyişmələridir. Son illər iqlim dəyişiklikləri dünya miqyasında bütün hava şəraitini, o cümlədən temperaturu və yağıntıları əhəmiyyətli dərəcədə dəyişdirib. Bu dəyişikliklər nəticəsində qar yağması halları çox azalır.

Ümumiyyətlə, son illərdə yalnız Bakıya deyil, ölkənin dağlıq ərazilərində də qarın miqdarı azalıb. Bunu təbiətin qeyri-sabitliyi və temperatur artımı ilə izah etmək olar. Qış aylarında havalar əvvəlki illərlə müqayisədə daha mülayim olur. Nəticədə yağıntılar daha çox yağış şəklində yağır. Bu isə təbii ki, su resurslarının paylanmasını dəyişdirir.

Dağlıq ərazilərə qar düşdükdə, bu qar orada toplanır və yay-yaz aylarında ərimə prosesinə başlayır. Bu suyun əhəmiyyətli hissəsi kənd təsərrüfatında və suvarma sistemlərində istifadə olunur. Lakin iqlim dəyişmələrinin təsiri ilə su mənbəyi artıq azalıb. Nəticədə, yay aylarında su çatışmazlığı yaranmağa başlayır".

Seçilən
1
47
operativmedia.az

10Mənbələr