AzVision.az xəbər verir ki, məşhur jurnalist Meqan Kelliyə müsahibəsində belə bəyanat səsləndirən ABŞ-nin Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vaxt tələb olunduğunu vurğulayıb.
Döyüşən ölkələrdən hansının liderinin sülh danışıqlarının başlanmasına ən böyük “maneə” olduğu barədə sualın cavabında Marko Rubio qeyd edib ki, həm Ukrayna prezidenti Volodimir Zelenskinin, həm də Rusiyanın rəhbəri Vladimir Putinin öz daxili maraqları var.
“Təsəvvür edirsən ki, sən ukraynalısan, ruslar səni bu qədər əzab-əziyyətə məruz qoydular, indi də onlara öz torpağını tərk etməyə icazə verəcəksən? Demək istədiyim odur ki, Ukraynada insanlar bundan əsəbiləşəcəklər və bu, başa düşüləndir”,- ABŞ-nin Dövlət katibi bildirib.
Eyni zamanda o, həyatın daha “yetkin” reallıqlarının olduğuna diqqət çəkib. Bu müharibədə hər iki tərəf ağır bədəl ödəyir. Ona görə də, həm Ukrayna, həm də Rusiya bu müharibənin bitməsində maraqlıdır.
- Bu, tərəflərdən birinin maksimalist məqsədləri ilə yekunlaşmayacaq və çox ağır iş görülməli olacaq. Düşünürəm ki, yalnız ABŞ prezident Trampın rəhbərliyi altında bunu etmək mümkündür. Bu, asan olmayacaq və bir az vaxt aparacaq. Amma mən bilirəm ki, o (Tramp) buna nail olmaq öhdəliyinə sadiqdir”, - Mark Rubio iddia edib.
Onun fikrincə, əvvəlki prezident Co Baydenin administrasiyası Rusiya ilə müharibədə Ukraynanın maliyyələşdirilməsində səhvə yol verib.
“Məncə, indi demokratlar başa düşürlər ki, Ukraynanın maliyyələşdirilməsi dalanımaliyyələşdirməkdir və bu, bəlkə də, dalandan da pis vəziyyətdir dir. Ukrayna dağıdılır və getdikcə daha çox ərazi itirir”,- ABŞ Dövlət katibi vurğulayıb.
O, Ağ Evin əvvəlki administrasiyasının“insanları necəsə Ukraynanın Rusiyanı nəinki məğlub, həm də məhv edə biləcəyinə inandıra bildiyini"dəxatırladıb. halbuki, nəticədə Ukrayna 100 il geri atıldı, ölkənin energetika sektoru məhv edildi, bir çox ukraynalı başqa ölkələrə getdi və onlar heç vaxt geri qayıtmaya bilər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta