AZ

Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir - Professor

Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) professoru Məmmədağa Baxışov "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Türkiyəni hər zaman "soyqırımda" ittiham edən Fransa özü isə müstəmləkəçi ölkə olaraq bir çox regionda, xüsusilə Əlcəzairdə, kütləvi qətllər törətmişdir. Əlavə olaraq, Xocalı soyqırımı zamanı da Azərbaycanı dəstəkləməmişdir. Bütün ölkələr, o cümlədən Fransa, Azərbaycan və Ermənistan münaqişəsində hər zaman İrəvanın tərəfini saxlayır. Fransa Azərbaycanın xarici siyasətinə təzyiq göstərir və ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır.Bu addımlarla Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir. Bunun ən mühüm göstəricisi isə Aİ missiyasının Ermənistanda müddətinin uzadılmasıdır",- o qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
1
21
teleqraf.com

10Mənbələr