Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, amerikalı həmkarı Donald Tramp Braziliya məhsullarına rüsumları artırarsa, cavab tədbirləri görəcək.
Eyni zamanda, o, ticarət müharibəsi əvəzinə münasibətləri yaxşılaşdırmağa üstünlük verəcəyini qeyd edib. “Bu, çox sadədir: əgər o, Braziliya məhsullarına vergi tətbiq etsə, Braziliya da ABŞ-dan ixrac olunan məhsullara vergi tətbiq etməklə ona eyni cavab verəcək”, – Braziliya prezidenti bildirib.
O, “ABŞ ilə münasibətləri yaxşılaşdırmaq” və Braziliyanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşı ilə ticarət əlaqələrini gücləndirmək istədiyini söyləyib. “Mən ABŞ-a hörmət etmək istəyirəm və eyni zamanda Trampın da Braziliyaya hörmət etməsini istəyirəm. “Hamısı budur” – Luiz İnasio Lula da Silva deyib.
//Samir Qurbanov, Editor.az