AZ

Pezeşkian "Azadi" stadionunda baş verənlərə münasibət bildirdi - Qəbuledilməzdir

Pezeşkian

Azadi stadionunda baş verənlər və verilən təhqiramiz şüarlar başa düşələsi deyil və qəbuledilməzdir.

Gunaz.tv

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian "Traxtur" və "Perspolis" komandalarının Tehranda keçirilən qarşılaşmasında baş verənlərlə bağlı türkcə çıxışında deyib.

"Bu kimi hallara qarşı sərt tədbir görülməsə daha da şiddətli hadisələr baş verə bilər",- o, bildirib.

İran Prezidenti sosial mediada yayılan Azərbaycan dilindəki danışığında məsələnin araşdırılması və tədbir görülməsi üçün idman nazirinə zəng etdyini, acaq onunla danışa bilmədiyini deyib.

O, nazirlə məsələni müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib, Futbol Federasiyası İntzam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini söyləyib.

Qeyd edək ki, Təbrizin "Traxtur" komandası ilə Tehranın "Perspolis" komandası yanvarın 26-da yerli vaxtla saat 15:00-da Tehranın "Azadi" stadionunda qarşılaşıblar.

Gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traxtur" komandasının oyunçuları və azərbaycanlılara qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

"Traxtur" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib.

Seçilən
0
7
xalqcebhesi.az

4Mənbələr