AZ

ABŞ-də faciədən bir gün əvvəl oxşar hadisə: Təyyarə son anda helikopterlə toqquşmadan yayına bilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də 70-ə yaxın insanın ölümü ilə nəticələnən helikopter və təyyarə toqquşmasından bir gün əvvəl də oxşar qəza baş verə bilərdi. Məsələ ondadır ki, hadisədən bir gün öncə Ronald Reyqan adına Vaşinqton hava limanında helikopter başqa bir təyyarənin enməsinə mane olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən yazır.
Bildirilir ki, hadisə Hartford şəhərindən (Konnektikut ştatı) uçan "Republic Airways" aviaşirkətinə məxsus təyyarə ilə də baş verə bilərmiş. Təyyarə enişə hazırlaşarkən qarşısına helikopter çıxıb və bunun nəticəsində pilotlar təcili olaraq ikinci dövrəyə getməyə məcbur olublar.
Lakin bundan sonra sərnişin təyyarəsi eniş edə bilib.
Xatırladaq ki, yanvarın 29-da axşam "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.
Seçilən
3
2
oxu.az

10Mənbələr