İrəvanın mərkəzində, Respublika meydanında “Qarabağ” mahnısını ifa edən şəxslər İran vətəndaşlarıdır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, sözügedən İran vətəndaşları 2024-cü ilin 30 dekabrından 2025-ci ilin 3 yanvarına qədər İrəvanda olublar.
Xatırladaq ki, sosial şəbəkələrdə İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edilməsini əks etdirən mahnının videosunun yayılması Ermənistanda müzakirələrə və panikaya səbəb olub.