AZ

Rusiyaya növbəti kütləvi PUA hücumu – “Lukoil”in daha bir neft anbarı yanır

Ukraynanın pilotsuz təyyarələri Voronej vilayətinə zərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat yayıb. Onun sözlərinə görə, dron magistral yoldan keçən avtomobilin üzərinə düşüb və sürücü ayağından xəsarət alıb. Qubernator əlavə edib ki, vilayətdə bir neçə PUA-nın hücumu qeydə alınıb.

Ukrayna PUA-ları Rostov vilayətinə də hücum edib. Rusiya mətbuatının məlumatına görə, hazırda bölgədə partlayış səsləri eşidilir.Ukrayna mediasının məlumatına görə isə Ukrayna PUA-ları səhər saat 4-də Volqoqradda neft emalı zavodu, istilik elektrik stansiyası və neft anbarının ərazisinə hücum edib. Volqoqradın cənubunda baş verən partlayışlara yerli sosial şəbəkələrdə geniş yer verilib. İstifadəçilərdən biri partlayışın “Lukoil”-in “Volqoqradneftepererabotka” neft emalı zavodunun yerləşdiyi Krasnoarmeysk rayonunda baş verdiyini yazıb. Ərazidə yanğın başladığı bildirilir.

Ukrayna pilotsuz təyyarələri ötən il də ən azı üç dəfə “Volqoqradneftepererabotka”-ya hücum edib: fevral, iyul və sentyabr aylarında. Neft emalı zavodunun özü bir neçə kvadrat kilometr ərazini tutur, üstəlik böyük neft anbarı, Volqoqrad İES və bir sıra digər müəssisələrdən ibarət sənaye zonası ilə əhatə olunub.

Tribunainfo.az

Seçilən
7
22
hurriyyet.az

10Mənbələr