AZ

Viktor Orban: Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaq

Altı aydan sonra Avropa Komissiyası enerji təhlükəsizliyi təminatlarını yerinə yetirməsə, Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaq...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun efirində bildirib.

"Sanksiyalarla bağlı qərar altı aydan bir verilməlidir. Və əgər AK şərtləri yerinə yetirməsə, o zaman biz nəinki sanksiyaların ləğvi barədə danışmağa başlayacağıq, həm də onları aradan qaldıracağıq", deyə baş nazir bildirib.

Bir gün əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Budapeşt Avropa Komissiyasından tələb olunan enerji təhlükəsizliyi zəmanəti alıb və bu zəmanət olmadan Rusiyaya qarşı sanksiyaları uzatmaqdan imtina edib.

Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiya Federasiyasına qarşı tətbiq edilən irimiqyaslı sanksiyaların daha altı ay uzadılması barədə razılığa gəliblər.

Yanvarın 24-də Macarıstanın baş naziri Viktor Orban Aİ-ni bu məhdudiyyətlərin məqsədəuyğunluğuna yenidən baxmağa çağırıb. Siyasətçinin sözlərinə görə, müvafiq məhdudiyyətlər səbəbindən ölkəsi 18 milyard avrodan çox itki verib. Orban əlavə edib ki, məhdudiyyətlərin qüvvədə olma müddəti yalnız bir sıra şərtlər yerinə yetirildikdə, o cümlədən Rusiyadan Ukrayna ərazisindən Avropa ölkələrinə qaz tranzitinin bərpası şərti ilə uzadıla bilər.

Poliqon.info

Seçilən
10
37
poliqon.info

10Mənbələr