AZ

DАBАN QАNI NƏDİR ?


Türkiyədə yeni doğulmuş körpələrindən daban testi götürməyə icazə verməyən ata-ana məhkəməlik olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana şəhərində yaşayan Seda və Murat Çakmak cütlüyü 2 ay yarımlıq körpələrindən daban qanı alınmasına etiraz etdiyi üçün problemlə üzləşib.

Belə ki, özəl xəstəxanada doğulan uşaqdan valideynlərinin istəyi ilə daban qanı götürülməyib. Körpəsinin peyvənd olunmasını istəməyən ailə sənədləri imzalayıb və xəstəxanadan evə buraxılıb. Daha sonra xəstəxana bununla bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Qurum isə ailəyə qarşı iddia qaldırıb. Məhkəmə prosesi nəticəsində qəbul edilmiş qərara əsasən, körpənin üzərində qərar vermə hüququ valideynlərindən alınıb və ona qəyyum təyin edilib.

Uşağın atası bildirib ki, daha öncə də bu testdən imtina edib, lakin belə problemlə üzləşməyib: “4 il əvvəl digər övladımdan da daban qanı götürülməsinə icazə vermədim. Bununla bağlı hər hansı problem də yaşamadım. Mənim uşağım bələdiyyədir ki, ona qəyyum təyin edilsin?!”

Qeyd edək ki, daban qanının götürülməsi bütün dünyada rast gəlinən test üsuludur. Bu, genetik və metabolik xəstəlikləri aşkarlayan, uşağın erkən müalicəsi ilə sağlam həyat sürməsini təmin edən həyati əhəmiyyətli bir testdir.

 


Seçilən
7
30
nuh.az

10Mənbələr