AZ

Fransanın Türkyə qərarı Yunanıstanda kəskin etiraza səbəb oldu

Fransa ilə Türkiyə arasında Türkiyəyə 100 kilometr mənzilli Meteor raketlərinin verilməsi ilə bağlı razılaşma Yunanıstanda kəskin etiraza səbəb olub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə Türkiyəyə "Meteor" raketlərinin satışı ilə bağlı məlumatının olmadığını bildirib. 

Baş nazir Mitsotakis müdafiə naziri Nikos Dendiasın Fransanın Afinadakı səfirinə bu ehtimalla bağlı açıqlama verməsi üçün çağırışını dəyərləndirib:

"Fransanın belə bir qərar verib-vermədiyi barədə bizə məlumat verilmədi. Milli Müdafiə Naziri bunu ehtiyat üçün etmiş ola bilər. Ancaq Türkiyədən də müəyyən maraq ola bilər. Mənə belə bir qərar barədə məlumat verilməyib. Görək necə inkişaf edəcək" .

Fidan
Milli.Az

Seçilən
1
50
milli.az

10Mənbələr