AZ

Dünənin bu günü gələcəyin işıqlı sabahı - Azərbaycan gəncliyi » AzadMedia.az


Heydər Əliyevin demişdir: “Heç şübhə etmirəm ki, Azərbaycan gəncləri XX əsrdə toplanılmış bütün təcrübədən səmərəli şəkildə istifadə edərək, XXI əsrdə normal müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək”. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Cənab İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclərinin forumu bu gündə ölkə başçımız cənab İlham Əliyevin xüsusi qayğısı ilə davam edir. 1996-cı ildən bu günə qədər 9 dəfə baş tutan Azərbaycan gənclərinin forumu hələ də öz ənənəsinə sadiq qalaraq dövlətimizin, bilavasitə prezidentimizin həmişə diqqətindədir. Həmçinin 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Respublikamızda Azərbaycan gəncləri ilə bağlı İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Daha sonra respublikamızda İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilib. Ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır.
Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Bu mütərəqqi diqqəti daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan biz gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücümüzü səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyirik.

Sənan Hüseynov
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi
Seçilən
3
36
azadmedia.az

10Mənbələr