AZ

Həyat sığortası şirkətləri bazar paylarını necə bölüşdürüb? – DİNAMİKA - TƏHLİL

Azərbaycanda maliyyə qurumlarının göstəricilərinin açıqlanması layihəsi çərçivəsində FED.az biznes xəbər portalı  həyat sığorta şirkətlərinin 2024-cü il ərzində bazar paylarının dinamikası üzrə göstəricini təqdim edir.

Aparılmış təhlil nəticəsində məlum olub ki, əvvəlki (2023) illə müqayisədə 2024-cü ildə həyat sığortası bazarında payını daha çox artıran “PAŞA Həyat” şirkəti olub.  

Bazar payı bölgüsünə görə göründüyü kimi növbəti yerləri "Atəşgah Həyat" və "Meqa Həyat Sığorta" şirkətləri tutub.  

Bazar payını azaldan və göstərici üzrə geriləyən şirkət isə “Qala Həyat Sığorta” olub. Qeyd olunan dövrdə şirkət 0,17 faiz bəndi bazar payını itirib.

Qeyd edək ki, göstəricilər 2025-ci ilin 01 yanvar tarixinə olan vəziyyəti əks etdirir

s/n

Sığorta şirkətləri

Bazar payı

(yanvar-dekabr 2024)

Bazar payı

(yanvar-dekabr 2023)

Dinamika

(faiz bəndi)

1

Paşa Həyat Sığorta

43,93%

42,33%

1,60

2

Atəşgah Həyat Sığorta

6,72%

5,86%

0,86

3

Meqa Həyat Sığorta

0,86%

0,40%

0,46

4

Xalq Həyat Sığorta

0,84%

0,82%

0,02

5

Qala Həyat Sığorta

1,90%

2,07%

-0,17

 

Seçilən
0
1
fed.az

10Mənbələr