"Neftçi" Premyer Liqanın 21-ci turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” klubun Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo son 2 matçda olduğu kimi, bu görüşdə də zədə səbəbindən iştirak etməyəcəklər.
Yanvarın 31-i “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da başlanacaq.