AZ

Türkiyə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

Türkiyə hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalında bu məsələyə toxunaraq, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç bir şey olmadığını qeyd edib.

Nazir yaxınlarda ölkədə baş vermiş bəzi hadisələrin bu fikri dəstəklədiyini vurğulayıb və sosial şəbəkələrə nəzarət məqsədilə tənzimləyici tədbirlərin görülməsi planlarını açıqlayıb.

Milli.Az

Seçilən
3
50
milli.az

10Mənbələr