AZ

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bakı, 31 yanvar, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə 1/16 finalın cütlükləri bəlli olacaq.

Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda - “Budyo Qlimt” (Norveç), “Anderlext” (Belçika), FKSB (Rumıniya), "Ayaks", "AZ Alkmaar", "Tvente" (hamısı Niderland), "Real Sosyedad" (İspaniya), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə), "Roma" (İtaliya), "Viktoriya Plzen" (Çexiya), "Ferensvaroş" (Macarıstan), "Porto" (Portuqaliya), “Midtüllan” (Danimarka), “Union” (Belçika) və PAOK (Yunanıstan) iştirak edəcək.

Bu raundun oyunları fevralın 13 və 20-də baş tutacaq.

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər - “Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə martın 6 və 13-də olacaq.

 

Seçilən
3
50
azertag.az

10Mənbələr