AZ

Giya Abaşidze: Avropa Gürcüstanın suverenliyini təhdid edir

Avropanın siyasi elitası Gürcüstanın suverenliyini təhdid edir.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında siyasi şərhçi Giya Abaşidze deyib.

Onun sözlərinə görə, "avrokratiya" müstəqilliyini qorumağa çalışan Gürcüstanı cəzalandırmağa cəhd edir: "Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) heç bir bərabərhüquqlu tərəfdaşlıq münasibətindən danışmaq olmaz. Çünki beynəlxalq təşkilatlar Gürcüstana hansı qanunları qəbul etməli olduğu və nə zaman seçkilər keçirəcəyini diktə edirlər".

Siyasi şərhçi Avropadan gələn təzyiqlərə baxmayaraq, Gürcüstanın suverenliyini müdafiə etməyə davam edəcəyini və xalqın bu mövqeyi dəstəklədiyini vurğulayıb.

O, ölkənin AŞPA-dan çıxma qərarını doğru və xalqın dəstəklədiyi bir addım kimi qiymətləndirib.

“Biz suveren bir dövlətik. Onlar öz qanunlarını bizə bu şəkildə tədris etməyəcəklər. Gürcüstan "avrokratiya"nın təzyiqlərinə baxmayaraq, suveren hüquqlarını müdafiə edəcək”, - deyə Abaşidze vurğulayıb.

Politoloq AŞPA-nın siyasi olaraq “çürümüş”, gücsüz bir qurum olduğunu qeyd edərək bu təşkilatın artıq heç bir nəticə vermədiyini bildirib: "Metroda, küçələrdə soruşsan ki, AŞPA nədir, "avrokratiya" nədir, Ursula fon der Lyayen (Avropa Komissiyasının prezidenti - red.) kimdir, bilməyəcəklər. Gürcüstan müstəqil inkişaf edir və əsas odur ki, biz regionda sülh və rifahı müdafiə edirik".

Seçilən
0
11
far.az

9Mənbələr