AZ

İş qrafikləri necə dəyişəcək? -

Xəbər verdiyimiz kimi, Dövlət Proqramına görə, dövlət qurumları, təhsil və tibb müəssisələri dəyişkən iş qrafikinə əsasən fəaliyyət göstərəcəklər. Bəs dəyişkən iş rejimi deyiləndə nə nəzərdə tutulur? Bununla bağlı iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında öz fikirlərini bölüşüb. O bildirib ki, bütün dövlət idarələrində işlər səhər saat 9-da başlayır, yaxud təhsil idarələrində saat 8-də başlayır. Dəyişən qrafik dedikdə isə bunların işə başlama vaxtının dəyişməsi nəzərdə tutulur: “Yəni hər bir müəssisə ayrı-ayrı vaxtlarda işə başlayacaq ki, hamı eyni vaxtda yola çıxmasın. Bununla bağlı yəqin ki, Nazirlər Kabineti özəl sektora da tapşırıq və tövsiyələr verə bilər. Ancaq qərar ilk növbədə dövlət qurumlarının və təhsil idarələrinin iş rejiminin dəyişməsinə yönələcək. Ola bilsin ki, bu rayonlararası da tətbiq olunsun, yəni hər rayon üzrə ayrı saatlarda işlər başlasın. Bununla bağlı Nazirlər Kabineti rəy verməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
19
50
metbuat.az

10Mənbələr