AZ

Zelenski: “Prezident seçkilərini keçirməyə hazıram"

Volodimir Zelenski Ukraynada prezidenti seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, V. Zelenski bunu “Associated Press” agentliyinə müsahibəsində deyib.

O, xatırladıb ki, 2024-cü il üçün nəzərdə tutulmuş seçkilər ləğv olunub:

“Döyüşlər bunu qeyri-mümkün edib. Ukraynalıların əksəriyyəti düşünür ki, belə şəraitdə səsvermənin keçirilməsi təhlükəli və mənasızdır”.

V. Zelenski söyləyib ki, hazırda onun işi çox çətindir:

“Amma postumu tərk etməyim ədalətsizlik və yanlış olar”.

Qeyd edək ki, Ali Rada noyabrın 30-da gələn il Ukraynada prezident seçkilərinin keçirilməyəcəyini təsdiq edib.

Cebhe.info

Seçilən
569
2
cebheinfo.az

10Mənbələr