NYT: Aİ-nin Ukraynaya yeni yardımı 20 milyard avronu keçə bilər
Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə bir araya gələrək Ukraynaya 20 milyard avrodan çox yardım paketi təqdim etməyi müzakirə edəcəklər.
Operativ Media The New York Times qəzetinə istinadən xəbər verir ki, onlar bildiriblər ki, Avropa liderləri Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi də nəzərdən keçirir və ümumilikdə hərbi xərclərin artırılmasını müzakirə edirlər.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto Budapeştin 20 milyard avro ayrılması təklifinin əleyhinə olduğunu bildirmişdi