AZ

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası qurumun prezidenti Tomas Baxın istefa ərizəsini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə BOK-un saytında məlumat paylaşılıb.

T.Baxın istefası iyunun 23-də, səlahiyyətlərin BOK-un yeni rəhbərinə ötürülməsi baş tutanda qüvvəyə minəcək. BOK-a yeni prezident seçkisi martın 20-də Yunanıstanda təşkilatın 144-cü sessiyası çərçivəsində keçiriləcək. Bu vəzifəyə yeddi namizəd iddialıdır.

Qeyd edək ki, T.Bax 2024-cü ilin avqustunda yeni müddətə təkrar seçilməyəcəyini elan etmişdi. 71 yaşlı T.Bax 1991-ci ildən BOK-un üzvüdür. O, təşkilata 2013-cü ildən başçılıq edir./Oxu.az


Telegram kanalımız
Seçilən
161
23
yenisabah.az

10Mənbələr