Hadisə zamanı xəsarət alan olmayıb.
Zaqatalanın Aşağı Tala kəndində ev yanıb.
Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadla bildirir ki, məlumat daxil olan andan hadisə yerinə texnikalar və şəxsi heyət göndərilib.
Bütün səylərə baxmayaraq, üç otaqlı evin konstruksiyaları yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Evin yaxınlığındakı digər tikililər yanğından mühafizə olub.
Faktla bağlı araşdırma aparılır.