AZ

SİF: İnnovativ layihələrin maliyyələşdirilməsi prioritetdir

Azərbaycanda innovativ layihələrin maliyyələşdirilməsi İqtisadiyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu üçün prioritetdir.

"Report" xəbər verir ki, bunu Fondun nümayəndəsi Rüstəm Əliyev Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.

"Rəqəmsal həllərin yaradılması və kiçik sahibkarlıq subyektlərinə təqdim edilməsi ilə bağlı layihələrə daha çox üstünlük veririk. Ötən il banklar bu məsələdə kifayət qədər aktiv olub. Fonda innovativ layihələrin maliyyələşdirilməsi üçün müraciətlər artıb. Ötən il rəqəmsal həllərin hazırlanması ilə məşğul olan şirkətə maliyyələşmə təmin edilib", - deyə o qeyd edib.

Seçilən
93
7
report.az

8Mənbələr