AZ

ÇATLAR DƏRİNLƏŞİR

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs haqqında dediyi sözlərlə ABŞ-ı çətin vəziyyətə salıb".

Publika.az xəbər verir ki, bunu “Focus” nəşrinə müsahibəsində Köln Universitetinin beynəlxalq münasibətlər və xarici siyasət üzrə alman professoru Tomas Yaqer deyib.

"ABŞ çətin vəziyyətdədir, çünki o, Rusiya ilə Avropanın maraqları ilə bağlı danışıqlar aparmalıdır", - o qeyd edib.

Analitikin fikrincə, bu, Şimali Atlantika Alyansı daxilində və ABŞ-la Avropa arasında yaranan çatları daha da dərinləşdirə bilər.

O, hesab edir ki, Moskva bir-birinin ardınca şərt irəli sürə biləcəyi şərait yaradır. Rusiya dövlətinin başçısının adını çəkdiyi belə şərtlərdən biri də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində təslim olmasıdır. Rusiya liderinin qeyd etdiyi digər şərt isə Kiyevə silah tədarükünün dayandırılması olub.

Seçilən
7
publika.az

1Mənbələr