AZ

Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş...

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək həlak olub.

News24.az xəbər verir ki, S. Abdullazadənin qəzaya düşməzdən bir gün öncə işə götürüldüyü məlum olub.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi.

Həmçinin S. Abdullazadə yaşasaydı, aprelin 1-də ad gününü qeyd edəcəkdi.

Onu da bildirək ki, Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, hadisə martın 12-si saat 22:30-da Günəşlidə baş verib. Qəza zamanı 2 nəfər xəsarət alıb, 1 nəfər isə vəfat edib./qafqazinfo


Seçilən
24
8
news24.az

10Mənbələr