1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Biz öz sərvətlərimizə, geosiyasi mövqeyimizə əsaslanaraq diplomatik addımlar atırıq".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, hazırda dəyişən dünyada ənənəvi dəyərlər pozulmaqdadır:
"Bəzi hallarda hətta nizamnamələrə belə sığmayan vəziyyət müşahidə olunur. Biz bilməliyik ki, qonşularımızdan nələri gözləyirik. Müstəqil qərar qəbul etmək və milli maraqları əsas götürmək mütləqdir. İqtisadi müstəqillik də qərar qəbul etməkdə mühüm rol oynayır".
Məhərrəm Əliyev