1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin tanınmış aktyoru Aras Bulutun serial çəkilişləri zamanı ayağı burxulub.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, aktyor bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib.
Tibbi müayinə nəticəsində məlum olub ki, A.Bulutun ayağı sınıb. Aktyor təcili əməliyyat edilib.
Uğurlu keçən əməliyyatdan sonra A.Bulut sosial şəbəkə hesabından fotoşəkil paylaşaraq "Allah betərindən qorusun" sözlərini yazıb.


