Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, tibbi müayinə zamanı sürücünün marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Nərmin
FOTO QALEREYA