AZ

“ABŞ Krımı Rusiya ərazisi kimi tanımaq fikrindədir” – KİV


“ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibənin sülh yolu ilə həllinə dair sazişin tərkib hissəsi kimi Krımın Rusiya ərazisi kimi rəsmi tanınmasını nəzərdən keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Amerika administrasiyasının nümayəndələri BMT-ni də analoji addım atmağa çağırmağın mümkünlüyünü müzakirə edirlər.
Qeyd olunur ki, Tramp hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.
Xatırladaq ki, daha əvvəl “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, ABŞ-nin Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanmasına dair təkliflərinə Rusiya Federasiyası üçün bir sıra yeni ərazilərin tanınması, habelə Ukraynanın təbii sərvətlərinin satışından milyardlarla dollar gəlir əldə etmək hüquqlarının Vaşinqtona verilməsi daxildir.
Seçilən
40
29
yeniavaz.com

10Mənbələr