AZ

Azərbaycandan strateji türkman açılımı – QHT-lər səviyyəsində ilk addım

Bu gün Heydər Əliyev Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum başlayıb.

Heftelik.az-ın məlumatına görə, Forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçiriləcək. Eyni zamanda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.

Qeyd edək ki, heyət beş gündür ki, Azərbaycandadır.

Türkmanlar Azərbaycan türklərinə daha yaxın, əslində Azərbaycan türklərinin  bir hissəsi sayılır.

Seçilən
16
6
heftelik.az

10Mənbələr