AZ

"Politico": Trampın adamları Zelenskinin rəqibləri ilə danışıqlara başlayıb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, amerikalı televiziya aparıcısı Taker Karlson, ABŞ liderinin oğlu Donald Tramp kiçik və onun yeznəsi Cared Kuşner Ukraynanın müxalif qüvvələri ilə gizli görüşlər keçiriblər. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ və Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu görüşlərin məqsədi Ukraynada mümkün növbədənkənar seçkilər fonunda ABŞ-ın dəstək qazanmaq istəyi ilə bağlıdır.

"Gizli təmaslarda Donald Trampın oğlu Donald Tramp Jr, kürəkəni Cared Kuşner, mühafizəkar tok-şou aparıcısı Taker Karlson və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər. Uitkoff bu danışıqlarda iştirak edən yeganə rəsmi şəxs olub", deyə deyə 18 mart tarixli "Politico" məqaləsində bildirilib. 

Nəşr bu informasiyanı üç ukraynalı məmur və Respublikaçılar Partiyasına yaxın xarici siyasət eksperti ilə aparılan müsahibələrə əsaslandırıb.

Amerikalı ekspertlərdən birinin sözlərinə görə, Trampın tərəfdarları Volodimir Zelenskini maneə hesab edirlər. "Onun mövqeyini necə zəiflətmək və onu daha güzəştə meyilli etmək olar" deyə müzakirə ediblər. Onun siyasi rəqibləri ilə əlaqə quraraq ona göstərmək lazımdır ki, ABŞ-ın Ukraynada başqa tərəfdaşları və seçimləri var.

Mart ayının əvvəlində "Politico" mənbələrinə istinadən yazmışdı ki, Trampın ətrafından dörd yüksək vəzifəli şəxs Ukrayna müxalifət nümayəndələri ilə gizli görüşlər keçirib. Lakin o zaman danışıqlarda kimin iştirak etdiyi açıqlanmamışdı.

Son məlumatlara görə, Trampın nümayəndələri keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenko ilə əlaqə saxlayıblar. Ukraynalı siyasətçilər bu görüşlərin baş tutduğunu təsdiqləsələr də, münaqişə bitmədən seçkilərin keçirilməsinə qarşı olduqlarını bildiriblər.

Samir

Seçilən
107
23
hit.az

10Mənbələr