AZ

İsrail ordusu Qəzza zolağının cənubunda quru əməliyyatına başladığını elan edib

İsrail ordusu Qəzza zolağının cənubunda quru əməliyyatına başladığını elan edib.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində quru əməliyyatına başladığını elan edib.

Operativ Media xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Son bir neçə saat ərzində İDF qoşunları Rəfah şəhərinin Şabura bölgəsində quru əməliyyatına başlayıb. Bu əməliyyat çərçivəsində qoşunlar bir sıra terrorçuların hədəflərini məhv ediblər", - deyə İDF mətbuat katibi bildirib.

"Eyni zamanda, İDF qoşunları Qəzzanın şimalında və mərkəzində quru əməliyyatlarını davam etdirir", - departament əlavə edib.

Seçilən
55
1
operativmedia.az

10Mənbələr