Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ arasında danışıqların getdiyi Ər-Riyaddakı “The Ritz-Carlton” otelindədir.
"Referans" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hazırda Rusiya və Amerika nümayəndə heyətləri arasında görüşün davam etdiyi otelin ərazisində Ukrayna nümayəndələrinin görüntüləndiyi bildirilir. Eyni zamanda, Kiyev bu görüşdə rəsmi olaraq iştirak etmir.
Ukrayna nümayəndə heyəti Ər-Riyadda ABŞ nümayəndələri ilə danışıqlardan sonra Səudiyyə Ərəbistanında qalıb. Ukrayna nümayəndələrinin ABŞ-Rusiya görüşünün nəticələrini gözlədikləri bildirilir.