1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində yerləşən 46 saylı binanın sakinləri evlərinin yaxınlığında obyektin tikintisindən narazılıq edirlər.
"Evimin pəncərəsinin qarşısında çayxana tikirlər. Bura avara adamlar toplaşacaq, bütün səs-küy də evimin içində olacaq. Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik", - deyə sakinlər bildiriblər. Sakinlər ərazidəki ağacların kəsildiyini də iddia edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aparılan tikinti tam qanuni əsaslara malikdir və müvafiq icazə sənədləri mövcuddur.
Eyni zamanda, həmin ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb.
Daha ətraflı Baku TV-nin süjetində: