Sosial şəbəkədə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər - 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur
Ərzimanov saxlanılıblar.
Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.
Bizim.Media