Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Kamil özü paylaşım edərək xəbərləri yalanlayıb:
"Mənim oğlum olub, özümün xəbərim yoxdur! Nə qədər yalan məlumat yayan səhifələr var... Üstəlik, buna inananlar da tapılır. Çox savadsız və düşüncəsiz adminlər var. 'Kamil Zeynallının oğlu dünyaya gəlib' - deyə yazıblar. Hələ üstəlik, zəng vurub soruşanlar da var, təbrik edirlər. Uşağın yerini deyin, mən də gedib görüm!".