AZ

Həftəsonu aşkarlanan silah-sursatın sayı açıqlanıb

Həftəsonu aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir:

"Martın 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 tüfəng, 1 qumbaraatan, 3 patron darağı və 1215 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər".

Seçilən
7
34
avtosfer.az

10Mənbələr