AZ

Almaniyanın oyununu azərbaycanlılar idarə edəcək

FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

Sportinfo.az xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək futzal üzrə Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci. Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq.

Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemarck qiymətləndirəcək.

Seçilən
4
1
sportinfo.az

10Mənbələr