AZ

Dördqat Avropa çempionu Bakıda çıxış edəcək

Bolqarıstanın bədii gimnastika komandası aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kuboku üçün heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda dördqat Avropa çempionu Stiliana Nikolova da yer alıb.

Dövrümüzün ən parlaq bədii gimnastlarından biri həmçinin dünya çempionatlarından, biri qızıl olmaqla, altı medala sahibdir.

Fərdi yarışlarda daha bir bolqarıstanlı gimnast Dara Stoyanova çıxış edəcək.

Bolqarıstan Bakıda qrup komandaları yarışında da təmsil olunacaq.

Seçilən
20
3
sportinfo.az

10Mənbələr