AZ

Bugünkü oyunda Çingiz İsmayılov anılacaq

Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Bank Respublika Arena”da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Sitat.info xəbər verir ki, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Xatırladaq ki, Ç. İsmayılov martın 23-ü 89 yaşında vəfat edib. Veteran futbolçu 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.

Seçilən
47
4
sitat.info

5Mənbələr