AZ

Türkiyədə etirazlar: 172 nəfər həbs edildi

İstanbul Böyüşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu barəsində aparlan korrupsiya və terrorizmlə bağlı istintaqa etiraz edərək iğtişaşlara qoşulan şəxslərdən 172-i həbs edilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, daha 206 nəfərin işi isə həbs tələbi ilə məhkəməyə göndərilib.

Bildirilib ki, saxlanılan şəxslərdən 29-u şərti azadlığa buraxılıb. Digər tərəfdən, 6 nəfərə ev həbsi tətbiq edilib, biri isə sərbəst buraxılıb.

Qeyd edək ki, Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1418 şəxs saxlanılıb.

Seçilən
109
50
axar.az

10Mənbələr