AZ

Azərbaycan Rusiyaya 29 min tona yaxın pomidor ixrac edib

Azərbaycan bu il Rusiyaya 29 min tona yaxın pomidor ixrac edib.

Bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib.

Bu barədə Operativ Media Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Martın 23-nə olan vəziyyətə görə, Azərbaycan 23 % payla Rusiyaya pomidorun iki ən böyük böyük tədarükçüsündən biridir.

Ümumilikdə, Rusiya ilin əvvəlindən 124,9 min ton pomidor idxal edib, ən böyük tədarükçü isə təxminən 30 min tonla Türkmənistandır.

Seçilən
164
10
operativmedia.az

10Mənbələr